ABŞ Konqresi Çinə neft satışını qadağan etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası strateji ehtiyat neftin Çin Kommunist Partiyasının nəzarəti və ya təsiri altında olan təşkilatlara satışını qadağan edən qanun layihəsini təsdiqləyib.
AFN.az-ın məlumatına görə, bu qərarı Nümayəndələr Palatasının 331 üzvü dəstəkləyib. 97 nəfər konqresmen isə qanun layihəsinin əleyhinə səs verib.
“S&P Global” qeyd edir ki, 2022-ci ildə il Çinin dövlət neft şirkəti olan “Sinopec”in törəmə şirkəti “Unipec” ABŞ-ın strateji ehtiyatlarından təxminən 1 milyon barel neft alıb. Bu, respublikaçıların kəskin tənqidinə səbəb olub.
“Hazırda Çin Amerikanın vergi ödəyiciləri və enerji təhlükəsizliyimiz hesabına təxminən, 1 milyard barel təşkil etməklə yəqin ki, dünyada dövlətin nəzarətində olan ən böyük neft ehtiyatlarına malikdir. Amerikanın streteji neft ehtiyatı Çin üçün deyil, qasırğalar və təbii fəlakətlərdə real elektrik kəsilməsi üçün nəzərdə tutulub”-
Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin sədri respublikaçı Keti Makmorris Rocers belə deyib.
Respublikaçılar ABŞ prezidenti Co Bayden administrasiyasını Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyalarının səbəb olduğu enerji qiymətlərinin artması ilə mübarizə məqsədilə bir neçə ay ərzində görünməmiş həcmdə, 180 milyon barel satdıqdan sonra strateji neft ehtiyatlarının tükətməkdə ittiham edirlər.
ABŞ Energetika Nazirliyinin yanvarın 6-da verdiyi məlumata görə, strateji ehtiyatda saxlanılan neftin həcmi 371,58 milyon barel təşkil edib ki, bu da 1983-cü ilin dekabrından bəri ən aşağı göstəricidir.
İndi Çinə neft satışını qadağan edən qanun layihəsi Senatda nəzərdən keçirilməli və təsdiqlənməlidir. Sənıəd təsdiq olunarsa, imzalanmaq üçün prezidentə göndəriləcək.
M.Vahidli