Konqresdə Trampın müdafiəsi üçün komitə yaradılıb

ABŞ Nümayəndələr Palatasında Respublikaçılar çoxluğu Donald Trampın fəaliyyətini araşdıran hazırkı administrasiyanın bütün strukturlarını yoxlamaq səlahiyyətinə malik ayrıca alt komitənin yaradılmasına nail olub.
AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Qətnamənin lehinə 221, əleyhinə isə 211 nəfər səs verib.
“Alt Komitəyə amerikalılar haqqında məlumat toplayan istənilən federal qurumun davranışını araşdırmaq, hətta yarımçıq qalmış cinayət işləri barədə təhqiqat aparmaq səlahiyyətinə malik olacaq”-məlumatda belə deyilir.
Respublikaçıların özlərinin dediyinə görə, Cim Cordanın rəhbərlik edəcəyi alt komitə Trampa qarşı araşdırma aparan qurumları və insanları yoxlamağa başlayacaq.
Eyni zamanda qeyd edilir ki, bu yanaşma ABŞ Ədliyyə Nazirliyinin uzunmüddətli təcrübəsinə ziddir. Çünki o, müstəntiqlərin hərəkətlərinə müdaxiləni nəzərdə tutur. Demokratlar bunu cinayət araşdırmaları və milli təhlükəsizlik məsələləri üzrə protokolun görünməmiş dərəcədə pozulması kimi qiymətləndirib.
M.Vahidli