Az və çox yatmağın mənfi təsirlərini azaltmağın yolları araşdırılıb


Quançjou Tibb Universitetinin çinli alimləri yuxusuzluğun mənfi təsirlərini azaltmağın yolunu tapıblar.


Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, idman yuxusuzluğun səbəb olduğu erkən ölüm riskini azaldır. İşin nəticələri Avropa Profilaktik Kardiologiya jurnalında (EJPC) dərc edilib.

Müəlliflər akselerometr qolbaq taxmaq tələb olunan 40-73 yaş arası 92.000 insanın məlumatlarına baxıblar. Yeddi illik təqib zamanı 3080 iştirakçı ölüb. Bunlardan 1074-ü ürək-damar xəstəliklərindən, 1871-i isə xərçəngdən dünyasını dəyişib. Yuxu müddəti üç varianta təsnif edilib: qısa (altı saatdan az), normal (altıdan səkkiz saata qədər) və ya uzun (səkkiz saatdan çox). Fiziki fəaliyyət səviyyəsi də aşağı, orta və yüksək bölünüb. Bundan əlavə, idman fəaliyyətinin intensivlik dərəcəsi də ortadan intensivə qədər nəzərə alınıb.

Yaş, cins, etnik mənsubiyyət, məhrumiyyət, təhsil səviyyəsi, bədən kütləsi indeksi, pəhriz, siqaret, alkoqol istifadəsi və iş qrafiki ilə bağlı düzəlişlərdən sonra tədqiqatçılar idmanın çox az və ya çox yuxunun mənfi təsirlərini neytrallaşdırdığını aşkar ediblər.

Az fəaliyyət göstərən şəxslərdə qısa və uzun yuxuların bütün səbəblərdən ölüm riskini 16% və 37% artırması məlum olub. Orta miqdarda məşq edən subyektlər yalnız kifayət qədər yuxu almadıqları zaman əziyyət çəkirdilər (vaxtından əvvəl ölmə ehtimalı 41 faiz daha çoxdur). Çox idman edənlərdə erkən ölümlə idman arasında heç bir əlaqə tapılmayıb.

Qısa yuxu yatan və az məşq edən insanlarda ürək-damar xəstəlikləri və onlardan ölüm riski 69 faiz artıb. Az fiziki fəaliyyətlə uzun saatlar yatan insanlarda xərçəngdən ölmə riski yüzdə 21 faiz artıq olub. Lakin orta və ya güclü idmanla bu risk yox dərəcəsinədək azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu