Bu insanlarda siqaret çəkmək və spirt istehlakı daha erkən ölümə səbəb olur
Finlandiyada aparılan bir araşdırmada gecə gec yatan insanların daha tez öldüyü, lakin ölüm səbəbinin yuxu saatlarından çox siqaret və spirtli içki qəbulu ola biləcəyi ortaya çıxıb.
Finlandiya Peşə Sağlamlığı İnstitutundan (FIOH), Dr. Christer Hublinin rəhbərlik etdiyi araşdırmada 24 yaşlı 22 976 kişi və qadın iştirakçı araşdırılıb.
Gecələr aktiv olan insanlar gün ərzində aktiv olanlardan daha tez ölürlər, lakin bu, siqaret və spirtli içki qəbulu ilə bağlıdır.
Bildirilib ki, 2018-ci ildə iştirakçılardan 8728 nəfər ölüb. Gecə saatlarında aktiv olan insanlarda gündüz aktiv olanlara nisbətən ölüm nisbəti 9 faiz çox olub.
Yuxu rejiminin ölümə çox az təsir göstərə biləcəyini deyən Hublin, "Gecə gec yatan insanlar ilə ölüm arasındakı əlaqənin daha çox tütün və spirt istehlakından qaynaqlandığı görünür" deyib.
Araşdırmanın nəticələri “Chronobiology International” jurnalında dərc olunub.
Mənbə: AA