49 gündən sonra dağıntılar altından sağ çıxarıldı - MÖCÜZƏ


Türkiyədə baş verən və güclü dağıntıya, tələfata səbəb olan zəlzələdən nə az, nə çox 51 gün keçib. Bu müddət ərzində heç kimin ağlına gəlməzdi ki, orda canlı qala. Lakin bu möcüzə baş verib və 49 gündən sonra dağıntılar altından pişik çıxarılıb.


AFN.az xəbər verir ki, zəlzələdə dağılan 11 mərtəbəli binanın dağıntıları altından çıxarılan Xan adlı ingilis pişiyinin iki yaşı var. Təbii fəlakət baş verəndə ev sahibəsi və iki qızı qaçıb canını qurtara bilsə də, sevimli heyvanları Xanı xilas edə bilməyiblər. Lakin Xanın sahibəsi onun sağ qalmasına və tapılacağına ümid edərək günlərlə ərazidə dolaşıb, onu axtarıb. Qadın az qala ümidini itirən zamanda dağıntıları təmizləyən işçilər onun pişiyini tapıb.

Zəlzələdən sonra qızı ilə bölgəni tərk edə bilmədiyini deyən Dina sığınacaqları da axtardığını, lakin pişiyindən xəbər ala bilmədiyini bildirib. Binanın qalıqları dağıdılmağa başlayanda ətrafda axtarış apardığını deyən Dina bildirib: "İnsanlar əşyalarını axtarırdılar, mən "Xan" deyə qışqırırdım. Pişiyimi tapdım. Bu, bizim üçün inanılmaz möcüzədir. Mən heç vaxt son ana qədər ümidimi itirməmişəm. O, həmişə mənimlə yatıb. Mətbəxdə xalının üstündə qalıbmış, ekskavatorçu və bina sahibi tərəfindən tapılıb. Biz onu baytara gətirdik. Ayağı sınıb. Vəziyyəti pisdir, daxili orqanlarına da baxılır. Müalicəsi davam edir. Ümid edirəm ki, sağalacaq".

Baytar Fatma Gül Hancıoğlu 2 ildir ki, pişiyə özünün qulluq etdiyini, onun peyvəndlərini etdiyini deyib. "49 gündən sonra tapıldığı üçün çox xoşbəxtik. Maye itkisi var, bol maye veririk. Müalicəsini davam etdiririk. Xan bizim möcüzəmizdir. Ümid edirik ki, sağalacaq" - deyə o hisslərini ifadə edib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu