Bir ailənin 6 üzvü zəlzələdən 102 saat sonra dağıntılar altından xilas edilib - FOTOLAR


Zəlzələdən 102 saat sonra Hatayın İskenderun rayonunda 5 mərtəbəli binanın dağıntıları altından 6 nəfər xilas edilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, xilasedicilər Çay Mahallesi'ndeki 5 mərtəbəli "Arzu" apartmanının dağıntıları altından səs təsbit ediblər.

Mənzilin 1-ci mərtəbəsində üzbəüz yaşayan iki ailənin 8 üzvünün dağıntılar altında qaldığını qiymətləndirən qruplar tikinti texnikası vasitəsilə xilasetmə işlərini həyata keçiriblər. Uzun sürən xilasetmə səyləri nəticəsində qruplar zəlzələdən 102 saat sonra aralarında Yasemin və Kadir Oktay cütlüyünün də olduğu 6 nəfəri olduqları yerdən çıxarıblar. Zəlzələdə xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Xilasetmədən sonra qruplar və zəlzələ qurbanlarının yaxınları sevincdən bir-birlərinə sarılıblar.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu