50 gündən sonra ailəsinə qovuşdu - VİDEO


Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dağıdıcı zəlzələdə bir ailənin 10 aylıq körpəsi dağıntılar altından xilas edildikdən sonra uşaq evinə aparılıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən müddət ərzində ailəsi tərəfindən axtarılan 10 aylıq Musa nəhayət 50 gün sonra ailəsinə qovuşub.

Xarici vətəndaş Alkhalef cütlüyünün yıxılan binanın dağıntıları altında qalan körpəsi axtarış-xilasetmə işləri zamanı tapılaraq Mersinə göndərilib. 50 gündür körpələrindən xəbər ala bilməyən ailəyə Davultəpə Uşaq Evləri Saytından şad xəbər gəlib. Ailə Mersinə gedərək DNT testi verib. Günlər sonra Musaya qovuşan ailə övladlarını qucağına almanın xoşbəxtliyini yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu