Bütün uçuşlar ləğv edildi: tətil İsrailin əsas hava limanının işini iflic etdi


İsraildə məhkəmə islahatlarına etiraz olaraq keçirilən kütləvi tətillər fonunda ölkənin əsas hava limanı olan Ben Qurion hava limanından bütün reyslər ləğv edilib.


Jpost.com-un verdiyi məlumata görə, Uçuşların dayandırılması ilə bağlı açıqlamanı İsrail Hava Limanları İdarəsi Komitəsinin sədri Pinças İdan verib.
Həmkarlar ittifaqları tərəfindən çağırılan genişmiqyaslı tətillərin bir hissəsi olaraq uçuşlar növbəti xəbərdarlığa qədər yerinə yetirilməyəcək. Tətillər məhkəmə islahatlarına və müdafiə naziri Yoav Gallantın hökuməti məhkəmə islahatları ilə bağlı qanunvericiliyi dondurmağa çağırmasından sonra işdən çıxarılmasına etiraz olaraq keçirilir.

Ölkəyə daxil olan reyslərə gəlincə, yalnız artıq səmada olan uçuşlara eniş icazəsi veriləcək. Universitetlər, xəstəxanalar və digər sektorlarda da tətillər keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu