London Gatwick hava limanının 950 işçisi 8 günlük tətilə gedəcək


İngiltərənin paytaxtı Londondakı Gatwick hava limanında çalışan 950 işçi maaş mübahisəsi səbəbilə 8 günlük tətil edəcək.


İşçiləri təmsil edən "Unite" birliyinin bəyanatına görə, qeydiyyat, yer və baqaj xidmətləri kimi böyük hava yollarının fəaliyyətini həyata keçirən ASC, "Menzies Aviation", GGS və "DHL Services Ltd" yanvar ayından bəri davam edən danışıqlarda tələblərinin yerinə yetirilməməsinin ardından şirkətlərində çalışanlar tətil qərarı verib.

Hava limanında çalışan 950 işçi 4 gün, 28 iyul-1 avqust tarixlərində ilk dəfə tətil edəcək. Tətillərin ikinci hissəsi avqustun 4-dən avqustun 8-dək keçiriləcək.

Tətillər səbəbiylə hava limanında uçuşların dayandırılması, gecikmələri və ya ləğv edilməsi "qaçılmaz" kimi görünsə də, "British Airways", "Easyjet", "Ryanair", TUI, "Westjet" və "Wizz" hava yolları tətillərdən təsirlənəcək.

"Unite"in baş katibi Sharon Graham, Gatwickdəki üzvlərinin çətin vəzifələr götürdüklərini və hava limanında əməliyyatların davamlılığını təmin etdiklərini bildirib: "Biz hava limanında bu aşağı maaş problemini aradan qaldırmaqda qərarlıyıq".

"Unite" regional meneceri Dominic Rothwell bildirib ki, tətillər qaçılmaz olaraq hava limanındakı əməliyyatlarda gecikmələrə, fasilələrə və ləğvlərə səbəb olacaq.

Qeyd edilib ki, Gatwick Hava Limanının sözçüsü uçuşların planlaşdırıldığı kimi həyata keçirilməsini təmin etmək üçün aviaşirkətlərə də dəstək verəcək.

Easyjet bu həftənin əvvəlində iyul, avqust və sentyabr aylarında Gatwick hava limanından planlaşdırılan cəmi 1700 uçuşu ləğv etmək qərarına gəldiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu