Rus oliqarxdan SOS: Rusiyanın xəzinəsi tükənmək üzrədir!


2024-cü ildə Rusiyanın xəzinəsi tükənə, pulu qurtara bilər.


AFN.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaskan Sibirin inkişafı mövzusuna həsr olunmuş XIX Krasnoyarsk İqtisadi Forumunda çıxışı zamanı bildirib. "Sanksiyalar altına düşmüş Rusiyaya öz iqtisadiyyatını xilas edə bilmək üçün “dost ölkələrin” invenstisiya yatırması gərəkdir. Artıq gələn il pul olmayacaq. Bizim xarici investorlara ehtiyacımız var. Maliyyə imkanları tükənmək üzrədir və biz artıq büdrəyirik" - deyə Oleq Deripaska bildirib.

Deripaska dünyada ən iri alüminium istehsalı müəssisələrinə rəhbərlik edir. Lakin bu müəssisələr arasına Çində fəaliyyət göstərənlər daxil deyil. O, 2018-ci ildən ABŞ-ın sanksiyaları ilə üz-üzədir. 2022-ci ilin fevralında Rusiya Ukraynaya total hərbi hücuma keçəndən sonra o, həm də Avropanın sanksiyaları altına düşüb. Maraqlı məqam isə ondan ibarətdir ki, Rusiyada ilk dəfədir tanınmış biznesmenlərdən kimsə ölkənin iqtisadi perspektivi mövzusunda bu qədər açıq şəkildə bədbin danışır. Oleq Deripaska sanksiyaların Rusiya iqtisadiyyatını ciddi təzyiq altında saxladığı barədə açıq xəbərdarlıq edib. Qeyd edib ki, Rusiya bazar iqtisadiyyatını inkişaf etdirmək yolu ilə getməlidir. "Çünki xarici investor sərmayə yatırmazdan qabaq ilk növbədə Rusiya investorunun pulu necə qazandığına, ölkədə biznes mühitinin nə dərəcədə əlverişli olduğuna baxacaq" - deyə biznesmen vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu