Böyük Britaniya yeddi rusiyalı oliqarxa kəskin sanksiyalar tətbiq edib - SİYAHI
Böyük Britaniya 7 rus oliqarxının aktivlərinə həbs qoyub.
AFN xarici mediaya istinadən xəbər verir ki, sanksiya tətbiq edilən oliqarxların ölkədəki aktivləri dondurulub. Bunlar Roman Abramoviç ("Evraz" və başqaları), İqor Seçin ("Rosneft"), Oleq Deripaska ("Rusal"), Aleksey Miller ("Qazprom"), Andrey Kostin (VTB), Dmitri Lebedevdir ("Bank Rossiya").
Böyük Britaniyanın baş naziri Boris Conson məsələ ilə bağlı bildirib ki, Putinin Ukraynaya qəddar hücumunu dəstəkləyənlərin təhlükəsiz sığınacaqları ola bilməz.
Rusiya oliqarxları Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən sürətlə yoxsullaşmağa davam edir. Ən çox əziyyət çəkən yanacaq nəhəngi “Lukoyl”un sahibi Vahid Ələkbərov olub. O, sərvətinin 54,4%-ni itirib.