Britaniya Rosatom və Putinin müttəfiqlərinə qarşı sanksiyalar tətbiq edir


Böyük Britaniya Rusiyada 92 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.


AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Britaniya hökumətinə istinadən məlumat yayıb. Bildrilir ki, Böyük Britaniya müharibənin ildönümündə Rusiyaya qarşı sanksiyaları genişləndirdi. Siyahıya Rosatom nümayəndələri və Rusiya prezienti Vladimir Putinin müttəfiqləri daxildir. Xüsusilə, Rosatomun rəhbərləri, o cümlədən Rusiyanın iki ən böyük müdafiə şirkəti "Rostec" və "Almaz-Antey", 4 bankın 34 rəhbəri sanksiyalara məruz qalıb.
Sanksiya tətbiq edilən şəxslərin siyahısına “Şimal axını 2” qaz kəməri operatorunun baş direktoru, həmçinin “Transneft” və “Rosneft” şirkətlərinin direktorlar şurasının keçmiş üzvü Matias Uorniq, gimnast Alina Kabayevanın anası Lyubov Kabaeva, Tula vilayətinin rəhbəri Aleksey Dyumin, Rusiya Baş nazirinin keçmiş müavini və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın oğlu Aleksey Kozak daxildir. Həmçinin siyahıda hərbi texnikanın, o cümlədən aviasiya və donanmanın istehsalı və ya təmiri ilə məşğul olan 6 Rusiya təşkilatı var.

Böyük Britaniya hərbi istehsalda istifadə oluna bilən təyyarə hissələrinin, radiotexnika və elektron komplektlərin, o cümlədən pilotsuz təyyarələrin ixracını da qadağan edib. Qadağa həmçinin üçüncü ölkələrdə emal olunanlar da daxil olmaqla 140 dəmir və polad məhsulunun idxalını əhatə edəcək. Britaniya Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz təyyarəni istehsal edən İranın “Qods Aviation Industry” şirkətinin 5 rəhbərinə sanksiya tətbiq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu