Arizona sakini aldığı antikvar yazı masasının siyirməsindən 100 il əvvələ aid ailə məktubları tapıb


Antik yazı masası alan Arizona sakini bir ailənin 100 illik tarixini öyrənməyə kömək edən tapıntı ilə qarşılaşıb.


AFN.az "Fox News"a istinadən xəbər verir ki, Arizona ştatının Gilbert şəhərindən olan Jenna Franzoy bu yaxınlarda "Goodwill"dən 20 dollarlıq vintage katib masası alıb. Jenna masanı evə gətirdikdən sonra onun gizli çəkməcəsi olduğunun fərqinə varıb. Çəkməcədə isə tarixi xəzinə hesab edilə biləcək məktublar, qəzet parçaları, mahnılar, 100 il əvvələ aid idman və əkinçilik məqalələri. Araşdırmalar zamanı məlum olub ki, həmin əşyalar masanın vaxtilə sahibi olmuş ailəyə məxsusdur.

Qadın sənədləri geri qaytarmaq üçün ailə ilə əlaqə saxlamağa çalışacağına qərar verib. Lakin ailəni tapmaq üçün ortada olan yeganə nişanə Martha McCollough ad-soyadıdır. Jenna tapıntı haqqında Facebook-da yazıb. Bundan sonra Şirli Nayt adlı qadın onunla əlaqə saxlayaraq Makkollounun nəvəsi olduğunu, əşyaların ona aid olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu