ABŞ-da marinada qayıqlar belə yandı - VİDEO


ABŞ-ın Arizona ştatında marinada qayıqlar yanıb. Yanğın saat yarım ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.


ABŞ-ın Arizona ştatının Pauell gölündə yerləşən Wahweap Marinada naməlum səbəbdən yanğın baş verib. Marinadakı qayıqlardan alov və qatı tüstü qalxdığı üçün zabitlər yanğına müdaxilə ediblər.

Marinada xidmət göstərən Aramark Destinations şirkətinin sözçüsü Lisa Cesaro yanğının bir saat yarımdan sonra söndürüldüyünü açıqlayıb. "Yanğının səbəbləri araşdırılır, məlumat əldə edildikdə Milli Park Xidməti tərəfindən açıqlanacaq", - Cesaro bildirib. Yanğın zamanı xəsarət alan olmayıb.

ABŞ Milli Park Xidmətinin məlumatlarına görə, ildə 2 milyondan çox ziyarətçi Pauell gölünə qayıqla səyahət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu