Çinin Rusiya və Ukraynaya sülh təklifləri - Nələr var?


Çin Ukraynadakı müharibəyə son qoymaq üçün 12 bəndlik sülh təklifləri ilə çıxış edib.


AFN.az xəbər verir ki, sənəd Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Lakin "yol xəritəsi"ndə Rusiya qoşunlarının Ukraynada işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı heç bir bənd yoxdur.
“Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlı sənəd bütün ölkələrin suverenliyinə hörmət edilməsini, "Soyuq müharibə" düşüncəsindən imtina edilməsini, atəşin və döyüş əməliyyatlarının dayandırılmasını, sülh danışıqlarına başlamağı və humanitar problemlərin həllini nəzərdə tutur. Təkliflər paketində həmçinin, mülki əhalinin və hərbi əsirlərin müdafiəsi, atom elektrik stansiyalarının təhlükəsizliyini mühafizəsinin təşkili, strateji risklərin azaldılması, taxıl ixracına zəmanət verilməsi, birtərəfli sanksiyaların dayandırılması, istehsalın və tədarükün zəncirvari sabitliyinin təmin edilməsi və müharibədən sonrakı yenidənqurmaya töhfə verilməsi ilə bağlı bəndlər yer alıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu