İran XİN: Tehran Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planını dəstəkləyir
İran Çinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair təşəbbüslərini dəstəkləyir.
AFN.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. "Münaqişəyə və müharibəni alovlandıran hərəkətlərə, o cümlədən digər ölkələrə qarşı əsassız ittihamlar və birtərəfli sanksiyalara son qoymaq üçün əsl diplomatiyanı gücləndirməyin vaxtı çatıb", - deyə XİN-in açıqlamasında bildirilir.
İran XİN-dən həmçinin bildirilib ki, İslam Respublikası Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı təkliflərini dəstəkləyir.