Podolyak Çinin təklif etdiyi sülh planını tənqid edib


"Atəşkəsin təmin edilməsini nəzərdə tutan istənilən “sülh planı” Ukraynanın uduzmasına səbəb olacaq".


AFN.az-ın xəbərinə görə, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak özünün twiter hesabında yazıb. Çinin Ukrayna böhranının həlli üçün təklif etdiyi plana münasibət bildirən Podolyak qeyd edib ki, planda münaqişənin dondurulması və yeni təmas xəttinin yaradılması nəzərdə tutulur. “Ukraynanın mövqeyi aydındır. Rusiya qoşunları 1991-ci il sərhədlərinə çıxarılmalıdır”, - deyə Ukrayna rəsmisi bildirib.

Bu gün Çin Xarici İşlər Nazirliyi (XİN) Ukrayna böhranının siyasi həlli üçün 12 bənddən ibarət təkliflər paketini açıqlayıb. Rəsmi Pekin sənədlə tərəfləri atəşi tezliklə dayandırmağa və birbaşa dialoqu bərpa etməyə çağırıb. "Danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur və bunun fonunda problemin sülh yolu ilə həlli üçün bütün səylər təşviq edilməli və dəstəklənməlidir" - deyə Çin XİN-in açıqlamasında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu