İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək


İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 17-də Türkiyəyə rəsmi səfər edəcək.


AFN.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurumun açıqlamasında “İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 17 yanvar 2023-cü il tarixində ölkəmizə səfər edəcək. Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə ediləcəyi nəzərdə tutulur" - deyə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu