İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian noyabrın 1-də Türkiyəyə səfər edəcəyi açıqlanıb.
Açıqlamada Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı ilə aktual regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə Fələstində baş verənləri müzakirə edəcəyi bildirilib.