THY pilotu ABŞ-da itdi!


Türk Hava Yollarının (THY) Nyu-York-İstanbul reysi öncəsi inanılmaz hadisə yaşanıb. Uçuş heyətində bir pilot itkin düşüb. Kapitan pilotlar birinci zabit olmadan İstanbula qayıdıblar.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, THY-nin "Airbus" donanmasında olan A330 pilotlarından O.E-nin Nyu-York-İstanbul reysi başlamazdan əvvəl yoxa çıxdığı öyrənilib. Uçuşa hazırlaşan digər pilotlar O.E ilə əlaqə saxlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Daha sonra pilotlar otel rəhbərliyi ilə əlaqə saxlayaraq O.E-nin otağının yoxlanılmasını tələb ediblər. Baxış keçirilərkən O.E-nin əşyalarının otaqda olduğu, özünün isə otaqda olmadığı görülüb.
Bundan sonra pilotlar O.E olmadan uçuşa qərar veriblər.

THY-nin pilotu O.E-nin Nyu York polisi tərəfindən saxlanıldığı iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu