İranın Britaniyada kütləvi terror planı aşkarlanıb


Britaniyanın antiterror polisi İranın Britaniyada qətl və adam oğurluğu ilə bağlı 15 sui-qəsd planını aşkarladığını açıqlayıb.


Britaniyanın terrorla mübarizə polisinin rəisi Met Cakes rəhbərlik etdiyi qurumun Rusiya, Çin və İran da daxil olmaqla düşmən ölkələrin təhdidlərinə qarşı getdikcə daha çox mübarizə apardığını bildirib. Onun sözlərinə görə, İran İslam Respublikası Britaniya vətəndaşlarını və ya ölkədə müvəqqəti yaşayan insanları qaçırmağa və hətta öldürməyə ən azı 15 dəfə cəhd edib.
Cakes eləcə də, düşmən hökumətlərlə bağlı onlarla sui-qəsdin aşkar edildiyini açıqlayıb. O bildirib ki, terrorla bağlı 800 iş də istintaq mərhələsindədir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu