İranın narkotiklərlə mübarizə polisi son 10 ayda 700 ton narkotik müsadirə edib
İranın narkotiklərlə mübarizə polisi son 10 ayda 700 ton müxtəlif növ narkotik müsadirə edib.
AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Narkotiklərlə Mübarizə Qərargahının baş katibi Eskandar Momeni bildirib. Momeninin sözlərinə görə, eyni müddət ərzində narkotik qaçaqmalçılığına qarşı aparılan əməliyyatlarda İranın 12 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb.
Ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək və Avropa, Ərəb və Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulan narkotiklərin tranzitinin qarşısını almaq üçün 700 milyon dollardan çox vəsait xərclənib.
İran mediası xəbər verir ki, son 40 il ərzində Əfqanıstanda narkotiklərlə mübarizə 4000-ə yaxın İran polisinin həyatına son qoyub.