Ekvadorda 21,5 ton narkotik məhv edildi
Cənubi Amerika ölkəsi Ekvador ələ keçirdiyi 21,5 ton narkotik maddəni məhv edib.
Ekvador Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, ötən həftə plantasiyadan 21,5 ton narkotik maddə müsadirə edilib və ölkə tarixində ən böyük narkotik məhvi baş verib.
Açıqlamada narkotik vasitənin beynəlxalq bazar dəyəri təxminən 1 milyard dollar olduğu vurğulanıb və məhv edilmənin 11 saat sürdüyü bildirilib.
Açıqlamada cinayətkar təşkilatlara qarşı keçirilən əməliyyatlarda 17 uzunlüləli, 5400 güllənin ələ keçirildiyi də qeyd edilib və əməliyyatların qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.
Milli Narkotiklərlə Mübarizə Direktoru Vilyam Villarroel verdiyi açıqlamada ələ keçirilən narkotiklərin birdən çox cinayət təşkilatına aid ola biləcəyini və bu səbəbdən narkotik tacirlərinin böyük zərbə aldığını bildirib.