Putin dünya şöhrətli medaldan məhrum edilir


Prezident Emmanuel Makron Rusiya prezidenti Vladimir Putini Fransanın ən yüksək mükafatı olan “Şərəf Legionunun Böyük Xaçı” medalından məhrum etmək istəyir.


AFN.az xəbər verir ki, buna səbəb Ukrayna lideri Vladimir Zelenskinin də eyni mükafata layiq görülməsidir. Makron bildirib ki, bu, genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın şücaətinin Fransa tərəfindən ən böyük etirafını göstərməkdir.
Fransalı qanunvericilər və fəallar Prezident Makronu Ukraynada icazəsiz hərbi əməliyyatlara yol verdiyinə görə Vladimir Putini mükafatdan məhrum etməyə çağırıb.
Putin həmin mükafatı 2006-cı ildə Fransanın o vaxtkı prezidenti Jak Şirakdan alıb.
Makron bildirib ki, belə bir qərar ciddi əhəmiyyət kəsb edir və lazımi anda qəbul edilməlidir.
Qeyd edək ki, Fransa Prezidenti əvvəllər bu mükafatın geri alınması ilə bağlı qərarlar qəbul edib. Makron 2017-ci ildə geniş cinsi təcavüz iddialarından sonra Hollivud prodüseri Harvi Vaynşteyni “Şərəf Legionunun Böyük Xaçı” medalından məhrum edib.
Bu mükafat “Tur de France”ın velosipedçisi və keçmiş ulduz Lens Armstronqdan da geri alınıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu