Parlament icazə verdi - Almaniya tankları Ukraynada


Almaniya Bundestaqı Silahlı Qüvvələrin ehtiyacları üçün 187 ədəd "Leopard 1" döyüş tankının təkrar ixracına "yaşıl işıq yandırıb".


AFN.az xəbər verir ki, bu haqda "Business Insider" nəşri özünün mənbəsinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, hökumət artıq fevralın 9-da rəsmi məlumatları dərc edəcək. Lakin yaxın həftələrdə siyasi rəhbərlik köhnə avadanlıqların təmirinin maliyyələşdirilməsi məsələsinin müzakirəsini davam etdirəcək.
Bundan başqa, Almaniya hökumət dairələri birinci "Leopard1"-i bu ilin ortalarından tez olmayaraq Ukraynaya göndərə biləcəklərini deyirlər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu