Türkiyə Ermənistana qadağaları ləğv etdi


"Həqiqətən də, bu gün Türkiyə tərəfi yüklərin birbaşa hava nəqliyyatı ilə daşınmasına qoyulan qadağanın götürülməsi barədə bizə məlumat verdi".


AFN.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan yanvarın 1-dən Ermənistan və Türkiyə arasında birbaşa hava nəqliyyatı ilə yüklərin daşınmasına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı yayılan məlumatı təsdiqləyərək belə deyib.
Qeyd edək ki, bu məlumat Türkiyə mediasında dərc olunub.
“Xatırladırıq ki, Ermənistan və Türkiyə arasında yüklərin birbaşa hava daşımaları ilə həyata keçirilməsi iki ölkənin xüsusi nümayəndələrinin ötən il iyulun 1-də keçirilən görüşündə əldə olunmuş razılaşmalardan biridir. Biz üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanını nəzərdə tutan digər sazişin də ən qısa zamanda həyata keçiriləcəyini gözləyirik”, - Hunanyan əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu