Türkiyə və Ermənistan arasında yollar açılır


“Ermənistan və Türkiyə yaxın vaxtlarda birbaşa hava nəqliyyatına başlayacaqlar”.


AFN.az-ın məlumatına görə, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan belə deyib. “Bu yaxınlarda, noyabrın əvvəlində keçirilən texniki görüşdə bu sazişin icrası müzakirə olunub və bəli, çox güman ki, tezliklə həyata keçiriləcək. Konkret tarixlər verməkdən çəkinirəm. Amma bunun tezliklə baş verməsi ehtimalı çox yüksəkdir”- deyə Rubinyan “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində bildirib.
Dekabrın 8-də Türkiyənin “Hurriyet Daily News” qəzeti diplomatik mənbələrinə istinadən Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının ikinci mərhələsi başladığını yazıb. Qeyd edilir ki, yeni il ərəfəsində yüklərin qarşılıqlı şəkildə hava yolu ilə daşınmasına başlanılacaq. Həmçinin, Armavir vilayəti ilə sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsi üçüncü ölkə vətəndaşları üçün açılacaq.
Rubinyan dəqiq müddət göstərməyib. O, xatırladıb ki, bu addımla bağlı siyasi razılıqlar hələ yayda xüsusi nümayəndələrinin görüşündə əldə olunub və praktiki addımlar noyabrın əvvəlində tərəflərin texniki qruplarının Ermənistan-Türkiyə sərhədində keçirilən görüşündən sonra başlayıb.
“Noyabrda keçirilən texniki müşavirədə də bu sazişin icrası müzakirə olunub və bununla bağlı yaxın vaxtlarda Marqara körpüsünün vəziyyətinin yoxlanılmasına ehtiyac var”-Rubinyan əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu