Bakıda qəzada ölən şəxsin kimliyi məlum oldu
DİN-in Mətbuat xidmətindən AFN-ə bildirilib ki, yanvarın 5-i saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən UAZ markalı avtomobilə vurub.
Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, UAZ markalı avtomobil Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.