Bakıda avtomobil divara çırpıldı - ölən var

Bu gün saat 1 radələrində Xətai rayonu ərazisində paytaxt sakini F.Hacıyev idarə etdiyi “KİA” markalı avtomobili divara vurub.
AFN.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə, avtomobildəki sərnişin - Zəngilan rayon sakini Zeynalabdin Hüseynov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.