Bakıda 44 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Xətai rayonu "NZS" qəsəbəsi yaxınlığında qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Əhmədov Natiq Nuşirəvan oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.//report.az