Bakıda qardaş qardaşı bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsində 1970-ci il təvəllüdlü Həmidov İbrahim Ağami oğlu qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın kəsilmiş yarası diaqnozu qoyulub.