Mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və yaralılar var




Dünən saat 6 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Beyləqan rayon sakini K.Orucovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Bakı şəhər sakini V.Şamilovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nəticədə K.Orucovun sərnişinlərindən Beyləqan rayon sakini Fuad Şükürov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu