DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən AFN.az-a bildirilib ki, hadisə iyunun 16-sı saat 5 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və Bakı şəhər sakini E.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Y.Əhmədov Vətən müharibəsi iştirakçısı olub. O, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdi.