İrandan ABŞ-a zəng: Danışıqlara hazırıq
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək məqsədilə İran nümayəndələri ilə görüşə açıq olduğunu bildirib.
AFN.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tramp 10 yanvar tarixində verdiyi açıqlamada “İran rəhbərliyinin nümayəndələrinin” onunla əlaqə saxladıqlarını deyib. "Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunur. İran zəng edib. Onlar danışıqlar aparmaq istəyirlər”, – deyə Tramp qeyd edib.
“Reuters” qeyd edir ki, müzakirələr əsasən Tehranın nüvə proqramı ilə bağlı danışıqlara fokuslanıb.
Agentlik həmçinin bildirir ki, Tramp Vaşinqtonun İrandakı müxalifət qüvvələri ilə də əlaqə saxladığını açıqlayıb.
