İran danışıqlardan imtina edərsə, ABŞ “başqa variantlara” əl atacaq - Dövlət Departamenti


İran nüvə proqramı ilə bağlı danışıqlardan imtina edərsə, ABŞ administrasiyası “başqa variantlara” əl atacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

"Bildiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İranla razılaşmanı müzakirə etməyə hazır olduğunu bəyan edib. Prezident İran rejiminin razılaşma əldə etmək istəmədiyi təqdirdə İran üçün çox pis olacaq başqa variantları da izləyəcəyini açıq şəkildə bildirib. İran heç vaxt nüvə silahına malik olmamalıdır. Prezident Tramp həmçinin açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar buna icazə verə bilməz", - deyə Bryus əlavə edib.

Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, iki həftə ərzində İrana ikinci dərəcəli rüsumlar tətbiq edəcək. O, hədələyib ki, saziş tamamilə rədd edilərsə, İslam Respublikası misli görünməmiş bombardmanlarla üzləşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu