ABŞ İranın neft ixracını dayandırmasına nail olmaq niyyətindədir

ABŞ administrasiyası İranı neft ixrac etmək imkanından məhrum etmək istəyir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
O, Vaşinqtonun İran neftinin nəqli və Çində emalı ilə əlaqəli olan 13 şirkət və 8 gəmiyə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib. Diplomatın sözlərinə görə, Çindəki neft emalı zavodu təxminən yarım milyard dollar dəyərində milyonlarla barel neft aldığı üçün, təşkilatlar və tankerlər isə milyonlarla barrel İran neftinin Çinə daşınmasına görə məhdudiyyətlərə məruz qalıb.
"İranın dünyadakı davranışı Amerikanın milli təhlükəsizlik maraqlarını təhdid edir. Prezident Donald Tramp İranın nüvə təhlükəsini dayandırmaq, onun ballistik raket proqramını cilovlamaq və terrorçu qruplara dəstəyini dayandırmaq üçün Tehrana qarşı maksimum təzyiq kampaniyasını təzələdi. Maksimum təzyiq kampaniyası İranın neft ixracını dayandırmaq məqsədi daşıyır" - deyə Bryus qeyd edib.