KİV: Florida danışıqları çətin, amma konstruktiv keçir
ABŞ-ın Florida ştatında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukrayna böhranının həlli ilə bağlı aparılan danışıqlar çətin, lakin çox konstruktiv şəkildə davam edir.
AFN.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, müzakirələr münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı ən həssas məsələləri əhatə edir. CNN-in məlumatına görə, tərəflər arasında dialoq hələlik pis getmir.
ABŞ Dövlət Departamentinin daha əvvəl yaydığı açıqlamaya əsasən, Floridadakı məsləhətləşmələrdə ABŞ tərəfini dövlət katibi Marko Rubio, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil edir.
Ukrayna nümayəndə heyətində isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislica yer alıb.
