Ukrayna ABŞ-da təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacaq
Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-a gedir.
AFN.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Telegram kanalında bildirib.
"Sabah - İsveçrədə görüşlər, cümə günü - Amerika Birləşmiş Ştatları, Nyu-York, prezident ABŞ Donald Trampın komandası ilə görüşlər olacaq. Təhlükəsizlik zəmanətlərinin məzmunu ilə məşğul olanların hamısı - təhlükəsizlik zəmanətlərinin hərbi, siyasi, iqtisadi komponentləri cəlb olunacaq” - deyə Zelenski əlavə edib.
"Bloomberg" daha əvvəl mənbələrə istinadən xəbər verib ki, Zelenskinin ofisinin rəhbəri Andriy Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşmək üçün ABŞ-a gedirlər.
Bundan əvvəl Vitkoff “Fox News” telekanalına müsahibəsində Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüş keçirəcəyini açıqlamışdı.


