Tramp Ukrayna nizamlanmasından geri çəkilmək niyyətindədir - KİV

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Vladimir Zelenskiyə ikitərəfli görüşü özləri təşkil etmək imkanı verərək, Rusiya-Ukrayna nizamlanması üzrə danışıqlardan müvəqqəti olaraq geri çəkilmək niyyətindədir.
AFN.az xəbər verir ki, belə bir iddia ilə “The Guardian” qəzeti Tramp administrasiyasındakı mənbəyə istinadən çıxış edib.
Nəşrin mənbəsinin sözlərinə görə, Tramp belə bir görüşün mümkün olub-olmadığını yoxlamaq üçün “gözlə-gör münasibəti” göstərməyi planlaşdırır.
Avqustun 19-da Amerika lideri bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı bütün qərarları Putin və Zelenski verməlidir, çünki ABŞ hərbi əməliyyatlar səhnəsindən çox uzaqdır.