Tramp Putin və Zelenski ilə Türkiyədə görüşməyə hazırdır – Ağ Evdən açıqlama


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir PutinUkrayna lideri Vladimir Zelenski ilə mümkün görüşə açıqdır.



AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib.



Onun sözlərinə görə, Tramp Rusiya və Ukrayna arasında ikitərəfli sülh danışıqlarının baş tutmasını prioritet hesab edir:



“Prezident Tramp daha əvvəl belə bir görüşə açıq olduğunu bildirmişdi. Lakin o, hər iki liderin, yəni hər iki tərəfin birbaşa danışıqlar masası arxasına keçməsini istəyir,” – deyə Levitt qeyd edib.



Mətbuat katibi həmçinin Trampın Türkiyədə hər iki liderlə üçtərəfli görüşə hazır olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib ki, Ağ Ev bu cür təşəbbüsləri dəstəkləməyə davam edir:



“Bu gün prezident Trampın çağırışı ilə biz onların masaya əyləşdiyini gördük.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu