Zelenski Trampın İstanbuldakı danışıqlarda iştirakını istəyir

Vladimir Zelenski mayın 15-də İstanbulda Ukrayna nizamlanmasına dair danışıqlarda Amerika lideri Donald Trampın iştirakını arzuolunan adlandırıb.
AFN.az xəbər verir ki, Zelenski bu haqda özünün Telegram kanalında bildirib.
"Mən Donald Trampı tam və qeyd-şərtsiz atəşkəs ideyası ilə dəstəklədim - diplomatiya üçün əsas yaratmağa kifayət qədər uzun müddətdir. Biz öz tərəfimizdən atəşkəsi təmin etməyə hazırıq. Mən prezident Trampın Putinlə birbaşa danışıqlar ideyasını da dəstəklədim, açıq şəkildə dedim ki, görüşə hazıram. Mən Türkiyədə olacağam”, - deyə o yazıb.
Zelenski də cümə axşamı Türkiyə paytaxtına gəlmək niyyətini bir gün əvvəl bəyan edib. Tramp da öz növbəsində Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün faydalı olacağı təqdirdə İstanbula gedə biləcəyini bildirib.