BMT Putin-Tramp danışıqlarını dəstəkləyib

BMT Tramp və Putin arasında baş tutan telefon danışığını alqışladı
AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığını müsbət qarşılayıb.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, təşkilat bu cür diplomatik təmasları alqışlayır və Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş istənilən səyləri dəstəkləyir.
"Biz Tramp və Putin arasında baş tutan danışığı müsbət qiymətləndiririk. Həmçinin ABŞ liderinin Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı danışıqları da alqışlayırıq," – deyə Düjarrik qeyd edib.
Xatırladaq ki, bu gün Donald Tramp həm Vladimir Putin, həm də Vladimir Zelenski ilə telefon əlaqəsi saxlayıb. Rusiya prezidenti söhbətin konstruktiv keçdiyini və iki saatdan çox davam etdiyini bildirib.