Trampın Zelenski və Aİ liderləri ilə görüşünün cədvəli açıqlandı

ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında bazar ertəsi keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb. Bu, Trampın Ağ Ev tərəfindən dərc edilmiş cədvəlindən irəli gəlir.
Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni də gedəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.