Rubio: Tramp Ukrayna münaqişəsi ilə bağlı səbri tükənir

ABŞ prezidenti Donald Tramp hələ də Ukraynadakı münaqişənin nizamlanmasında maraqlıdır və ona son qoymaq üçün konkret addımlar görmək istəyir.
AFN.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. "Bu, Donald Trampın müharibəsi deyil, lakin o, bunun bitməsini istəyir", - deyə xarici siyasət idarəsinin rəhbəri "Fox News"a müsahibəsində bildirib.
Rubionun sözlərinə görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı ünsiyyətinin və telefon danışıqlarının heç nəyə gətirib çıxarmamasından məyusdur. "Hərəkətə keçməyin vaxtı çatıb və prezident bunu çox açıq şəkildə ifadə edib. Onun səbri tükənir", - deyə dövlət katibi əlavə edib.