Rubio: ABŞ-ın Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir


ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatlara son qoyulmasıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

Dövlət Departamentinin telefon danışığı ilə bağlı yaydığı açıqlamada deyilir: “Dövlət katibi Rusiya və Ukrayna arasında müharibə ilə bağlı ABŞ-ın mövqeyini təkrarladı: bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəs əldə etməkdir”.

Hindistan və Pakistan arasında münaqişənin eskalasiyasını müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini qoruyub saxlamalı və təmasları davam etdirməli olduqlarını vurğulayıblar: "Dövlət katibi ABŞ-ın Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiyaların yaxşılaşdırılması üçün səylərin davam etdirilməsinə çağırıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu