Britaniya, İtaliya, Almaniya və Fransanın xarici işlər nazirlərinin Lavrovla görüşü olacaq


ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici işlər nazirliklərinin rəhbərlərinə, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqlar barədə məlumat verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun bəyanatında deyilir.

"Katib xarici işlər nazirlərini Ər-Riyaddakı Rusiya nümayəndə heyəti ilə bu görüşlə bağlı məlumatlandırdı. Qrup Ukraynadakı münaqişənin davamlı sona çatması üçün çalışdığımız müddətdə sıx əlaqə saxlamağa razılaşdı", - deyə Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu