ABŞ Rusiyaya qarşı sanksiyaları hələ ləğv etməyəcək

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ən azı Ukrayna ilə bağlı razılıq əldə olunana qədər qüvvədə qalacaq.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio bunu ABŞ-ın Avropadakı müttəfiqlərinə də çatdırıb.
“Dövlət katibi Marko Rubio avropalı müttəfiqlərinə bildirib ki, Tramp administrasiyası ən azı Ukraynadakı münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək”, - deyə "Bloomberg" yazıb. Bildirilir ki, Rubio bu barədə avropalı həmkarları ilə telefon danışığı zamanı bildirib.