Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirir

Dünya ölkələrinin və beynəlxalq təşkilatların Rusiyaya tətbiq etdiyi sanksiyalar, demək olar ki, hər gün genişlənir.
AFN.az xəbər verir ki, Almaniya knasleri Olaf Şolts yeni sanksiyalar haqda danışıb. O bildirib ki, Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.
Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib: "Müharibənin başlanmasının ildönümü ərəfəsində Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha da gücləndirəcək. Bu, Rusiyaya Ukrayna ilə bağlı niyyətlərinin uğurlu olmadığına dair ciddi mesaj olacaq".