ABŞ: Rusiya və Ukrayna birbaşa danışıqlara başlamalıdır

Ukrayna münaqişəsinin tərəfləri gərginliyin daha da artmasına yol verməməli və sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmalıdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
"Biz təmkinli olmağa və bütün tərəfləri növbəti gərginlikdən qaçmağa çağırırıq. Biz Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməyə davam edirik. ABŞ prezidenti Donald Tramp ədalətli və davamlı sülhə gətirib çıxaracaq istənilən mexanizmi, istənilən mexanizmi dəstəkləyir", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Tramp Ukraynada nizamlanmanın mümkünlüyü ilə bağlı çox optimistdir: "Rusiya və Ukrayna arasında münaqişənin hərbi yolla həlli yoxdur, diplomatik həll lazımdır. İrəliləyiş olmadıqda, Amerikanın yanaşması dəyişəcək, lakin atəşkəsi dəstəkləmək və ya ona nail olmaq üçün kömək etmək istiqamətində deyil, vasitəçilik məsələsinə düzəlişlər edilə bilər. İrəliləyiş əldə etmək üçün hər iki tərəf bir-biri ilə birbaşa təmasda vəziyyətə baxmağa başlamalıdır", - deyə XİN-in rəsmi nümayəndəsi fikrini yekunlaşdırıb.