ABŞ-Rusiya danışıqlarının Ukraynada sülhə gətirib çıxaracağına ümid edirik - Siyarto


Macarıstan ABŞ və Rusiya arasında birbaşa danışıqları dəstəkləyir və ümid edir ki, bu danışıqlar Ukraynadakı münaqişənin həllinə və bütün dünyada təhlükəsizliyin möhkəmləndirilməsinə gətirib çıxaracaq.


AFN.az xəbər verir ki, bunu Türkiyədə Antalya Diplomatik Forumunda çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O, Macarıstanın Ukraynada hərbi əməliyyatların dayandırılmasına əsas ümidlərinin ABŞ prezidenti Donald Trampın səyləri ilə bağlı olduğunu təsdiqləyib. “Biz ümid edirik ki, prezident Tramp öz səylərində uğurlu olacaq, çünki o, vəzifəyə gəldiyi vaxtdan sadəcə ABŞ və Rusiya arasında birbaşa danışıqların və birbaşa əlaqələrin bərpası sayəsində dünya əvvəlkindən daha təhlükəsiz yerə çevrilib”, - deyə XİN rəhbəri bildirib.

O qeyd edib ki, Mərkəzi Avropa ölkələri böyük dövlətlər arasında normal münasibətlərin vacibliyini yaxşı dərk edirlər: "Əgər ABŞ və Rusiya yaxşı münasibətlər saxlaya bilsələr, bu, bizim təhlükəsizliyimizi artıracaq. Beləliklə, onların birbaşa əlaqə saxlaması Ukraynada müharibənin genişlənməsi riskini azaldır. Biz Mərkəzi Avropaya sülhün qayıtmasını istəyirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu